7 ölkə AÇ-yə ev sahibliyi etməyə namizəddi
2022-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatına evsahibliyi etmək istəyən ölkələrin adları açıqlanıb.
Komanda.az xəbər verir ki, 7 ölkə – Fransa, Qazaxıstan, Bosniya və Herseqovina, Hollandiya, İsveç, Portuqaliya və Litva qitə birinciliyini təşkil etmək üçün UEFA-ya müraciət edib.
Qalib ölkənin adı bu il sentyabrın 24-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında müəyyənləşəcək.
2022-ci ildə keçiriləcək Avropa çempionatında ilk dəfə 16 komanda iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin