“Qarabağ”ın Mahir dərdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçının 90+5-ci dəqiqəsində zədə alan Ağdam klubunun hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, gənc futbolçunun uzun müddətə sıradan çıxdığı müəyyənləşib. Belə ki, o, 4 həftə yaşıl meydanlardan uzaqda qalacaq. Ayaq əzələsində problem yaranan futbolçunun dekabrın əvvəlində yaşıl meydanlara qayıtması ehtimal olunur.
Mahir bu müddətdə Premyer Liqanın bir neçə oyunu ilə yanaşı, Avropa Liqasında APOEL və “Sevilya” ilə səfər matçlarını buraxmaq məcburiyyətində qalacaq. Onun Azərbaycan millisinin qarşıdakı oyunlarını da buraxacağı dəqiqləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin