
“Zaqatala” baş məşqçisi ilə vidalaşdı
Birinci Liqa təmsilçisi “Zaqatala” baş məşqçisi Rüstəm Məmmədovla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məmmədovla başa çatan müqavilə yenilənməyib.
“Zaqatala” Məmmədovun rəhbərliyi altında 1-ci Liqada bir dəfə gümüş, bir dəfə bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



