“Milan”dan ayrılır, Qətər klubuna keçir

“Milan”ın və Əlcəzair millisinin yarımmüdafiəçisi İsmael Bennaser karyerasını Qətərdə davam etdirməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı razılığa gəlib. Beləliklə, 28 yaşlı futbolçu yaxın vaxtlarda azad agent statusu alacaq.

Yarımmüdafiəçinin karyerasını Qətərin “Əl-Qarafa” klubunda davam etdirəcəyi bildirilir. Tərəflər artıq transferlə bağlı razılıq əldə ediblər.

Bennaser 2019-cu ilin yayından “Milan”ın formasını geyinir. “Transfermarkt” onun bazar dəyərini 8 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button