Sabiq futbolçu “Çelsi”yə Stounzu almağı məsləhət gördü

Fransa millisinin sabiq futbolçusu Vilyam Qallas, Con Stounzun “Çelsi”yə mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Böyük Britaniya mətbuatında yayılan xəbərlərə görə, London klubu hazırda azad agent statusunda olan İngiltərə millisinin mərkəz müdafiəçisi ilə maraqlanır.

Komanda.az “iPredicta”-ya istinadən xəbər verir ki, Qallas, Stounzun böyük təcrübəsi olduğunu bildirib:

“Onun böyük təcrübəsi var. Premyer Liqanı qazanıb, UEFA Çempionlar Liqasının qalibi olub. Hazırda ən yaxşı variant məhz odur. Əks halda, bir müdafiəçi üçün böyük məbləğ ödəməli olacaqsız və onun Premyer Liqaya uyğunlaşıb-uyğunlaşmayacağına əmin olmayacaqsız”.

32 yaşlı Stounz bu yay müqaviləsinin müddəti başa çatdığı üçün “Mançester Siti”dən ayrılıb. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button