
Messias “Şahdağ Qusar”da!
“Şahdağ Qusar” növbəti transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, əyalət təmsilçisi anqolalı Xose Kristovao Zenqo ilə anlaşıb.
21 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.
Xose Kristovao ölkəsinin ən köklü klublarından sayılan “Petro Luanda”nın yetirməsidir. Messias ləqəbi ilə tanınan futbolçu daha sonra Portuqaliyanın “Vizela” və Xorvatiyanın “Kustosiya” komandalarında forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



