
“Barselona”dan 8,5 milyon avroluq transfer
“Barselona” heyətini gənc futbolçu ilə gücləndirib.
Komanda xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Brügge”nin 18 yaşlı vingeri Yesse Bisivunu transfer edib. “Barselona” bu keçid üçün Belçika klubuna 8,5 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, “Brügge” belçikalı futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 20 faizinə də sahib çıxacaq.
Bisivu indiyədək “Brügge”nin əsas komandasında debüt etməsə də, ötən mövsüm klubun gənclər komandasında uğurlu çıxışı ilə diqqət çəkib. O, bütün turnirlərdə keçirdiyi 23 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
İspaniya La Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



