Zidan Fransa millisinin baş məşqçisi oldu

Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan yığmanın yeni baş məşqçisi təyin edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında prinsipial razılıq hələ 2025-ci ilin noyabrında əldə olunmuşdu. Bu səbəbdən, “Real”ın sabiq çalışdırıcısı həmin vaxtdan etibarən ona gələn bütün təklifləri geri çevirib.

Fransa Futbol Federasiyası ilə Zidan arasında əldə olunan razılaşma dəyişdirilməyib və mütəxəssis uzunmüddətli müqaviləyə imza atıb.

DÇ-2026-da üçüncü yer uğrunda Fransa – İngiltərə matçından (4:6) sonra Didye Deşamın yığmanın baş məşqçisi postundan ayrıldığı açıqlanıb. O, təxminən 14 il ərzində rəhbərlik etdiyi Fransa millisini dünya çempionluğuna, dünya çempionatının gümüş medallarına və AÇ-2024-ün finalına daşıyıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button