FİFA Paredesin “qırmızı”sını ləğv etdi

FİFA Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesə dünya çempionatının finalından sonra göstərilən qırmızı vərəqəni ləğv edib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya qarşı heç bir intizam tədbiri görülməyəcək.

Argentina – İspaniya finalının başa çatmasından sonra meydanda gərginlik yaşanıb. Mübahisə Nahuel Molinanın İspaniya millisinin kapitanı Rodrini sinəsindən itələməsi ilə başlayıb. Daha sonra Leandro Paredes də insidentə qoşulub, əvvəlcə Erik Qarsiyanı boynundan tutub, ardınca isə komanda yoldaşını müdafiə etməyə çalışan Qaviyə qarşı aqressiv davranıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button