DÇ-2026: Messi bu göstəricidə hamını geridə qoydu

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında yaratdığı qol epizodlarının sayına görə bütün futbolçuları geridə qoyub.

Komanda.az “Squawka”-ya istinadən xəbər verir ki, 39 yaşlı forvard mundial ərzində komanda yoldaşları üçün 25 qol imkanı yaradıb və bu göstəricidə turnirin ən yaxşısı olub.

Siyahıda ikinci yeri Fransa millisinin üç futbolçusu – Kilian Mbappe, Maykl Olise və Osman Dembele bölüşür. Onların hər biri 18 qol vəziyyəti yaradıb.

İlk yeddilikdə həmçinin, Leandro Trossard, Əşrəf Hakimi və Deklan Rays da yer alıb. Bu futbolçuların hərəsinin hesabında 17 yaradılmış qol epizodu var.

2026-cı il dünya çempionatının qalibi İspaniya millisi olub. Luis de la Fuentenin rəhbərlik etdiyi komanda finalda Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək, çempionluğa yiyələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button