Argentina millisinin müdafiəçisi “İnter”ə təklif olunub

“Atletiko”nun müdafiəçisi Nauel Molina karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, agenti argentinalı futbolçunun xidmətini “İnter”ə təklif edib. Molina ilə Madrid klubu arasında müqavilənin müddəti 2028-ci ilin yayına qədər qüvvədə olsa da, onun 2026-cı il dünya çempionatından sonra komandadan ayrılması istisna edilmir.

Molina ötən mövsüm bütün turnirlərdə 46 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalının məlumatına görə, 28 yaşlı müdafiəçinin bazar dəyəri 15 milyon avrodur. Daha əvvəl onunla “Napoli”nin də maraqlandığı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button