
“Real” “Benfika”nın qapıçısını transfer edə bilər
“Benfika”nın qapıçısı Anatoli Trubin karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu “Real”ın maraq dairəsindədir. Madrid klubunun baş məşqçisi Joze Mourinyonun “Benfika”da birlikdə çalışdığı dövrdən qolkiperlə yaxşı münasibətinin olduğu bildirilir.
Trubinin “Benfika” ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



