
Laporta yeni transferi təriflədi
“Barselona”nın prezidenti Xuan Laporta klubun yeni transferi Entoni Qordon barədə danışıb.
Kataloniya təmsilçisi İngiltərə millisinin vingerini dünya çempionatından əvvəl “Nyukasl”dan transfer edib. 25 yaşlı futbolçu mundialın 1/4 finalında Norveç yığmasına qarşı keçirilən və İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda məhsuldar ötürmə ilə yadda qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta, Qordonun çıxışını yüksək qiymətləndirib:
“Qordon əla formadadır. Təkbətək mübarizələrdə özünü çox yaxşı göstərdi. Norveç millisi ilə oyunda Çud Bellingemə etdiyi məhsuldar ötürmə həqiqətən çox təsirli idi”.
İngiltərə millisi iyulun 15-də, dünya çempionatının yarımfinalında Argentina yığması ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin



