“Tottenhem”də çox xoşbəxtəm” – İspaniyalı futbolçu

“Tottenhem”in müdafiəçisi Pedro Porro klubla müqaviləsinin müddətini uzatmaq qərarından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, klub rəhbərliyinin ona göstərdiyi etimad əsasında bu qərarı verdiyini bildirib:

“Daha əvvəl dediyim kimi, hazırda “Tottenhem”də çox xoşbəxtəm, çünki klub məni dəstəkləyib. Mənə yeni müqavilə təklif olunub və inanıram ki, buna layiqəm”.

Daha əvvəl Porronun “Barselona” və “Real”ın maraq dairəsində olduğu bildirilib. 26 yaşlı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button