
Keçmiş klubu Bellingemin uğuruna biganə qalmadı
“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem dünya çempionatının 1/4 finalında Norveç yığmasına qarşı keçirilən oyundan sonra keçmiş klubu Dortmund “Borussiya”sından təbrik mesajı alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubunun sosial şəbəkə hesabında “Bellingem, təbrik edirik. Bu sevinci əvvəllər Dortmundda görmüşük” sözləri paylaşılıb.
İngiltərə millisi Norveç yığmasını 2:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Bellingem komandasının hər iki qoluna imza atıb.
İngiltərə millisi yarımfinalda son dünya çempionu Argentina yığması ilə qarşılaşacaq. Görüş iyulun 15-də keçiriləcək. Digər yarımfinal cütü isə Fransa – İspaniya qarşılaşmasıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



