Ramiz Məmmədovun “Karvan-Yevlax”dakı köməkçiləri məlum oldu

Növbəti mövsümdən 1-ci Liqada çıxış edəcək “Karvan-Yevlax”ın yeni baş məşqçisi Ramiz Məmmədov komandada heyətin formalaşdırılması istiqamətində işlərə start verib.

Mütəxəssis artıq qapıçı Orxan Sadıqlının keçidini reallaşdırıb. Bundan başqa, ötən mövsüm “Mingəçevir”in formasını geyinən bir neçə futbolçunun da “Karvan-Yevlax”a keçidi razılaşdırılıb.

Komanda.az-a verilən məlumata əsasən, Yevlax təmsilçisi baxış üçün İrandan 4 legioner futbolçu da düşərgəyə dəvət edib. Onların hazırlıq zamanı dəyərləndiriləcəyi bildirilir.

Ramiz Məmmədovun məşqçilər heyəti da müəyyənləşib. Mehman Baxışov və Məqsəd Yaqubəliyev baş məşqçinin köməkçiləri olacaq.

Qapıçılarla isə Elnar Kərimov çalışacaq. O, “Karvan-Yevlax”da qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button