
“Mançester Siti” yeni qapıçı transfer etdi
“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, “şəhərlilər” “Şeffild Uenzdey”dən qapıçı Pirs Çarlzı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.
MS gənc qapıçısını bir mövsümlük KPR-ə icarəyə göndərib.
Çarlz ötən mövsüm “Şeffild Uenzdey”lə Çempionşipdə 20 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



