Biliç yenidən Xorvatiya millisində

Xorvatiya millisi DÇ-2026-dakı çıxışından sonra yeni baş məşqçi ilə anlaşacaq.

Komanda.az “Jutarnji list”-ə istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Slaven Biliç olacaq. Tərəflər müddəti AÇ-2028-in sonunadək qüvvədə olacaq müqavilə imzalayacaqlar.

Xorvatiya millisini 2017-ci ildən bu yana Zlatko Daliç çalışdırırdı. Komanda onun rəhbərliyi altında DÇ-2026-nın 1/16 finalında Portuqaliya millisinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Biliç daha əvvəl də – 2006-2012-ci illərdə “damalılar”ın baş məşqçisi olub. 57 yaşlı xorvat mütəxəssisin son iş yeri “Əl-Fəth” olub. O, 2024-cü ildə bu klubdan ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button