”Nyukasl” “Arsenal”ın təklifini geri çevirib

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” braziliyalı futbolçu üçün təxminən 76 milyon avro təklif etsə də, bu təklif qəbul edilməyib. “Nyukasl” rəhbərliyinin yarımmüdafiəçinin transferindən ən azı 80 milyon avro gəlir əldə etmək istədiyi bildirilir.

Gimarayeş 2025/26 mövsümündə 41 oyunda 9 qol vurub və 8 məhsuldar ötürmə edib. 28 yaşlı futbolçu 2026-cı il dünya çempionatında isə Braziliya millisinin heyətində 5 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button