
DÇ-2026: “Halanda qarşı oynamaq ciddi sınaqdır”
İngiltərə millisinin müdafiəçisi Mark Qehi 2026-cı il dünya çempionatının 1/4 finalında Norveç yığmasına qarşı keçirəcəkləri oyun barədə danışıb.
Komanda.az xəbər verir ki, o, “The Sun” nəşrinə açıqlamasında norveçlilərin hücumçusu Erlinq Halandı xüsusi qeyd edib:
“Bu, maraqlı olacaq. Haland hazırda əla formadadır. Ona qarşı oynamaq ciddi sınaqdır. Tanış simaları yenidən görmək xoşdur. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Haland 2026-cı il dünya çempionatında vurduğu 7 qolla turnirin ən məhsuldar futbolçularından biridir.
İngiltərə – Norveç oyunu iyulun 12-də keçiriləcək. Qarşılaşma saat 01:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



