“Arsenal” fransalı qapıçının keçidini bitirmək üzrədir

“Arsenal” fransalı qapıçı İlan Meslieri transfer etməyə yaxındır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “topçular” yaxın günlərdə 26 yaşlı qolkiperin transferini rəsmiləşdirməyi planlaşdırır. O, komandada üçüncü qapıçı rolunu yerinə yetirəcək.

Meslier hazırda azad agent statusundadır. O, bu yay son altı ildə formasını geyindiyi “Lids”lə yollarını ayırıb. Fransalı qolkiper “Lids”in heyətində bütün turnirlərdə 215 oyuna çıxıb, 286 qol buraxıb, 70 matçda isə qapısını toxunulmaz saxlaya bilib.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, qapıçının dəyəri 8 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button