“Yuventus” Kolo Muani ilə razılığa gəlib

“Yuventus” PSJ-nin hücumçusu Randal Kolo-Muaninin transferi istiqamətində işini davam etdirir.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi artıq fransalı forvardla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Transfer baş tutacağı təqdirdə, futbolçu “Yuventus”la müddəti 5 il olan müqavilə imzalayacaq və illik 5 milyon avro maaş alacaq.

“Yuventus” hazırda PSJ ilə danışıqları davam etdirir. Ancaq tərəflər hələlik transfer məbləği ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Paris klubu 26 yaşlı hücumçu üçün 50 milyon avro tələb edir. Turin təmsilçisi isə bu məbləği həddindən artıq yüksək hesab edir.

Kolo-Muani ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib. O, bütün turnirlərdə 41 oyunda meydana çıxaraq, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button