“Ronaldoya futbol üçün etdiklərinə görə təşəkkür etmək istəyirəm”

Braziliya millisinin sabiq hücumçusu Romario, Portuqaliya yığmasının forvardı Kriştiano Ronaldonun futbola verdiyi töhfəni yüksək qiymətləndirib.

Komanda.az “A Bola” qəzetinə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Ronaldoya futbol üçün etdiklərinə görə təşəkkür etmək istəyirəm. Onda Messi, Maradona və ya Neymar kimi istedad yox idi. Amma zəhməti sayəsində fenomenə çevrildi. Dünya çempionatını qazanmasa da, Messi, Pele, Ronaldo (braziliyalı sabiq hücumçu) və Maradona ilə eyni sırada olmağa layiqdir”.

Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniya yığmasına 0:1 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. Ronaldo mundialda keçirdiyi 5 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button