Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Sentyabrın 11-13-də Belçikanın Antverpen şəhərində 3×3 basketbol üzrə Avropa kubokunun oyunları baş tutacaq.

Komanda.az xəbər verir ki, mövsümün ən nüfuzlu yarışlarından biri hesab olunan Avropa Kubokunda qadınlardan ibarət yığmamız da mübarizə aparacaq.

Püşkatmanın nəticələrinə əsasən, A qrupunda yer alan millimizin rəqibləri Ukrayna və Niderland yığmaları olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button