
Kroosdan Portuqaliya millisi haqda kinayə dolu açıqlama
Almaniyalı sabiq futbolçu Toni Kroos, hücumçu Kriştiano Ronaldonun komandadan gedişini elan etməsindən sonra Portuqaliya millisinin gələcəyi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Əvvəlcə Portuqaliya millisini təbrik edirəm. Məqsəd Kriştiano Ronaldo olmadan irəliləmək idisə, buna nail olmusuz. İllərdir insanlar Portuqaliya millisinin çətinlik çəkməsinin səbəbinin Ronaldo olduğunu deyirlər. Digərləri isə komandanın onsuz daha yaxşı olacağını və ya, onunla oynamaqla onsuz oynamaq arasında heç bir fərq olmadığını iddia edirlər. İndi bunu sübut etməlidirlər.
Bundan sonra komanda Ronaldonun gedişindən sonra qazandığı uğurlara görə qiymətləndiriləcək. Onlar həqiqətən də onun komandanı geridə qoyduğuna inanırdılarsa, indi növbəti Avropa çempionatını qazanmalı və sonrakı dünya çempionatlarında qələbə uğrunda ciddi mübarizə aparmalıdırlar. Futbolun qanunları belədir: sözlər nəticələrlə dəstəklənməlidir. Hamımız bilirik ki, Ronaldo Portuqaliya futbolunun mentalitetini dəyişdirməkdə böyük rol oynayıb və ölkə tarixində ən əhəmiyyətli kubokları qazanmalarına kömək edib. İndi Ronaldo ilə bağlı mübahisələr geridə qalıb. Bütün diqqət indiki nəsil oyunçulara yönəlib. Onlar sözlərinə görə deyil, qazandıqları kuboklara görə qiymətləndiriləcəklər. Futbol titulları xatırladır, bəhanələri yox”.
Bizi Facebook-da izləyin



