Kamerunlu futbolçunun “qırmızı şeytan” olmaq arzusu

“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” kamerunlu futbolçunu ötən yay transfer etmək istəyib. Ancaq “Brayton”un yüksək maliyyə tələbləri səbəbindən klub bu keçiddən imtina edib.

“Mançester Yunayted” hazırda Balebanın mövqeyindən xəbərdardır. Bununla belə, Premyer Liqa təmsilçisi hələlik onun transferini nəzərdən keçirmir. Bildirilir ki, klub yalnız digər transfer planları baş tutmayacağı təqdirdə, bu varianta yenidən qayıda bilər.

22 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 35 oyunda meydana çıxıb. Onun “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button