Mourinyo uruqvaylı futbolçudan vaz keçməyəcək

Federiko Valverde yeni mövsümdə də “Real”ın əsas fiqurlarından biri olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mətbuatda yayılan müxtəlif xəbərlərə baxmayaraq, uruqvaylı yarımmüdafiəçi Madrid klubunun yeni baş məşqçisi Joze Mourinyonun əsas oyunçularından hesab olunur. Valverde portuqaliyalı mütəxəssisin rəhbərliyi altında start heyətin dəyişməz üzvlərindən biri olacaq.

27 yaşlı yarımmüdafiəçi “Real”a 2016-cı ildə Uruqvayın “Penyarol” klubundan 5 milyon avro qarşılığında transfer olunub. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək qüvvədədir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button