“Barselona”nın maliyyə vəziyyəti yaxşılaşıb

“Barselona”da yeni transferlərin qeydiyyatı ilə bağlı ciddi problem yaşanmayacağına inanırlar.

Klubun Robert Levandovski, Ansu Fati və İnyaki Penya ilə yollarını ayırması, VIP yerlərin satışından əldə olunan gəlir, həmçinin, Andreas Kristensenin maaşının azaldılması “Barselona”nın maliyyə vəziyyətini xeyli yaxşılaşdırıb.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi mayın sonunda “Nyukasl”dan transfer edilən Entoni Qordonun qeydiyyatında problem yaşanmayacağına əmindir. Həmçinin, “Atletiko”nun hücumçusu Xulian Alvaresin mümkün transferi zamanı maliyyə feyr-pleyi qaydalarına uyğunluq baxımından da çətinlik gözlənilmir.

Bununla belə, Alvaresin keçidi ilə bağlı “Atletiko” ilə yekun razılıq hələlik əldə olunmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button