
“Borussiya” 30 milyon avroya hücumçu aldı
Dortmund “Borussiya”sı heyətini yeni hücumçu ilə gücləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi “Hoffenhaym”ın forvardı Fisnik Asllaninin transferini rəsmiləşdirib. Dortmund klubu 23 yaşlı futbolçunun satınalma bəndini aktivləşdirərək onun keçidini 30 milyon avroya başa çatdırıb.
Kosovolu hücumçu ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Borussiya” 2025/26 mövsümündə Almaniya Bundesliqasını 73 xalla turnir cədvəlinin 2-ci pilləsində başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



