
Arda Gülər: “Bizi tənqid edənlər haqlıdır”
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər 2026-cı il dünya çempionatında komandasının uğursuz çıxışı haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu mundialdan sonra verdiyi açıqlamada həm öz oyunundan, həm də komandanın çıxışından narazı qaldığını bildirib:
“Mən pis turnir keçirdim. Millidə heç kim yaxşı futbol oynamadı. Bizi tənqid edənlər haqlıdır. Komanda zəif çıxış etdi və dünya çempionatından kənarda qaldı. Ümid edirik ki, gələcəkdə belə səhvlərə yol verməyəcəyik”.
Türkiyə millisi qrup mərhələsinin son turunda ABŞ yığmasını 3:2 hesabı ilə məğlub edib. Arda Gülər həmin matçda komandasının qollarından birini vurub və oyunun ən yaxşı futbolçusu seçilib. Bununla belə, Türkiyə 3 xalla qrupda sonuncu yeri tutaraq mundialla vidalaşıb.
Bizi Facebook-da izləyin



