
Ançelotti: “Neymarın meydana çıxmağa haqqı var idi”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında Neymarın yığmadakı debütünü dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 34 yaşlı hücumçunun meydana çıxmağa layiq olduğunu bildirib:
“Onun meydana çıxmağa haqqı var idi. Neymar məşqlərdə çox yaxşı çalışırdı və böyük peşəkardır. Bu futbolçu mundialda komandaya kömək edə bilər. O, əldə etdiyi dəqiqələrdən yaxşı istifadə etdi. Neymarın artıq 34 yaşı var, amma millidə oynamaq həvəsi hələ də yüksəkdir”.
Neymar Şotlandiya millisi ilə qarşılaşmanın ikinci hissəsində əvəzetmədən meydana daxil olub. Braziliya yığması rəqibini 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsini lider kimi başa vurub və dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin



