
Sabiq futbolçu Alvaresi “eqoist” adlandırdı
“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin, “Atletiko”nun hücumçusu Xulian Alvaresin Madrid klubundan mümkün gedişi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun futbolçuya faydalı ola biləcəyini, lakin klub üçün yaxşı seçim olmadığını söyləyib:
“Transfer bəlkə də, Alvares üçün ən yaxşı variantdır, amma klub üçün yox. “Atletiko” onu əsas heyət üçün transfer edib, ona güvənib və şans verib. Komandada oynayarkən yalnız öz maraqlarını düşünmək düzgün deyil. Bu, eqoistlikdir”.
26 yaşlı argentinalı futbolçu 2025/26 mövsümündə İspaniya çempionatında 29 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



