DÇ-2026: Ronaldo “Messi! Messi!” şüarı ilə qarşılaşdı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatının qrup mərhələsində Konqo yığması ilə keçirilən oyundan sonra afrikalı azarkeşlər tərəfindən təhrik olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, final fitindən sonra tribunadan “Messi! Messi!” şüarları səsləndirilib. Azarkeşlər bununla forvardı ələ salmaq istəsələr də, o, heç bir reaksiya verməyib.

Portuqaliya millisi mundialın ilk turunda Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edib. Ronaldo görüşdə fərqlənə bilməyib. Lionel Messi isə Argentina millisinin Əlcəzair üzərində 3:0 hesablı qələbə qazandığı oyunda het-trik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button