
“Sumqayıt” Hakan Sünalla yolları ayırdı
“Sumqayıt” Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünalla yollar ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Mütəxəssislə növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb.
2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma bu ayın sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



