İranlı futbolçu FİFA-dan kömək istədi

İran millisinin hücumçusu Mehdi Taremi FİFA-nı yığma komandalarına daha çox dəstək göstərməyə çağırıb.

O, hesab edir ki, FİFA prezidenti Canni İnfantinonun komandanın paltardəyişmə otağına gəlməsi müsbət addım olsa da, mövcud vəziyyətdə bununla kifayətlənmək olmaz.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 33 yaşlı forvard, ABŞ ilə ölkəsinin münaqişəsi fonunda vəziyyətin yaxşı olmadığını bildirib:

“Biz bu dəstəyi hiss etmirik və düşünürəm ki, FİFA bizə indiki vaxtdan daha çox kömək etməlidir. Vəziyyət yaxşı deyil, çünki son iki ay ərzində çoxlu problemlərlə üzləşmişik. Bu, çox pisdir və komandamıza təsir göstərir”.

İranlı hücumçu komandanın üzləşdiyi çətinliklərin futbolçuların hazırlığına və psixoloji durumuna mənfi təsir etdiyini vurğulayıb.

İran millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində ilk oyunda Yeni Zelandiya yığması ilə qarşılaşıb və matç 2:2 hesabı ilə başa çatıb. İranlılar növbəti oyunda Belçika yığması ilə üz-üzə gələcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button