
FİFA reytinqi: Qadın futbolçulardan ibarət Azərbaycan millisi geriləyib
Azərbaycanın qadınlardan ibarət millisi FİFA reytinqində bir pillə geriləyib.
Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda hazırda 1317.93 xalla 75-ci sıradadır.
Siyahıda İspaniya seçməsi (2105.36) liderdir. ABŞ (2057.92) ikinci, Almaniya (2028.99) üçüncüdür.
Azərbaycan millisi son olaraq dünya çempionatının seçmə mərhələsində Macarıstana uduzub (1:2), Şimali Makedoniyanı (3:1) məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



