“Barselona” yetirməsini geri qaytarmaq üçün hərəkətə keçib

“Barselona” öz akademiyasından çıxmış gənc futbolçu Jan Virgilinin mümkün qayıdışı üzərində işləyir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu “Malyorka”dan ayrılması gündəmdə olan 19 yaşlı hücumçunun nümayəndələri ilə görüş keçirib.

“Barselona” ispaniyalı futbolçunun hüquqlarının 40 faizinə sahibdir və qalan hissəni 7,2 milyon avroya tam şəkildə geri almaq imkanı var. Kataloniya təmsilçisinin rəhbərliyi Virgilini gələcək layihənin bir hissəsi kimi görür, futbolçunun özü də İspaniya çempionatında qalmaq niyyətindədir.

Virgili ötən mövsüm “Malyorka”nın heyətində 34 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button