
Rüdigerlə yeni müqavilə imzalandı – Rəsmi
Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger karyerasını “Real”da davam etdirəcək.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidməti 33 yaşlı futbolçunun müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb. Yeni anlaşmaya əsasən, Rüdiger Madrid təmsilçisində 30 iyun 2027-ci ilə qədər çıxış edəcək.
Rüdiger 2022-ci ildən bəri “Real”ın şərəfini qoruyur. O, ötən mövsüm bütün turnirlərdə 26 oyuna çıxaraq, 1 qola imza atıb.
Almaniyalı futbolçunun ötən aylarda “Yuventus”un maraq dairəsində olduğu bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



