
Tunis millisinin yeni baş məşqçisi bilindi – Rəsmi
DÇ-2026-da mübarizə aparan Tunis yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az Tunis Futbol Federasiyasına istinadən xəbər verir ki, komanda fransalı mütəxəssis Erve Renara tapşırılıb.
O, bu postda DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda İsveçə məğlubiyyətdən (1:5) dərhal sonra istefaya göndərilən Sabri Lamuşini əvəzləyib.
Renar daha əvvəl Səudiyyə Ərəbistanı, həmçinin, Fransanın qadınlardan ibarət millilərini də çalışdırıb.
F qrupunda yer alan Tunis növbəti matçını iyunun 21-də Yaponiya yığmasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



