
Skaloni: “Hamı Messini meydanda görmək istəyir”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Əlcəzair yığmasına qarşı keçiriləcək oyundan əvvəl komandanın hücumçusu Lionel Messinin durumunu dəyərləndirib.
Komanda.az “Ole”-yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Messinin komanda üçün əhəmiyyətini xüsusi vurğulayıb:
“Messi? Hamı onu meydanda görmək istəyir. O, həmişə komandamızın lideri olub və indi də belədir. Bu futbolçu azarkeşlərdə inanılmaz emosiyalar yaradır. Mənim ona hər zaman yaxşı münasibətim olacaq”.
Argentina və Əlcəzair milliləri arasındakı oyun iyunun 17-də keçiriləcək.
2026-cı il dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



