
Azərbaycan millisi İspaniyaya məğlub oldu
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:1 (25:19, 22:25, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniya millisini 3:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



