
“Barselona” Kasado üçün təklif alıb
“Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun bu yay klubdan ayrılma ehtimalı yüksəkdir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayer”, “Əl-Hilal” və “Mançester Yunayted” ispaniyalı futbolçu ilə maraqlanır. “Betis” isə oyunçu üçün artıq Kataloniya klubuna konkret təklif göndərib.
Kasado “Barselona” akademiyasının yetirməsidir və onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədərdir. O, 2025/26 mövsümündə 34 oyunda 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



