Dünya Seriyası: “Neftçi” ikinci oyunda da uduzdu 

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində keçirdiyi ikinci oyunda da məğlub olub.

Komanda.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda “Amsterdam”la (Niderland) qarşılaşıb. Görüş Niderland təmsilçisinin 18:15 hesablı qələbəsi ilə başa çatıb.

“Neftçi” bu gün keçirdiyi ilk matçda Taylanda 14:19 hesabı ilə uduzub. Bununla da, komanda Şanxay mərhələsində mübarizəni başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button