Haland film dünyasına addım atır

“Mançester Siti”nin hücumçusu Erlinq Haland film dünyasına addım atır – o, vikinq obrazını səsləndirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Haland, norveçli rejissor Harald Zvartın yeni animasiya filmi “ViQueens”də vikinq obrazını səsləndirəcək. O, filmdə “Haland” adlı güclü vikinq döyüşçüsünü canlandıracaq.

Rejissorun sözlərinə görə, norveçli futbolçu bu obraz üçün ideal seçim olub.

Filmin süjeti Norveçdən Çinə uzanan İpək yolu boyunca səyahət edən iki vikinq qız – Hedviq və İngridin macəralarından bəhs edir. Onları Rita Ora və Ella Purnell səsləndirəcək.

Animasiya filminin premyerası 2026-cı ilin sonuna planlaşdırılır. Haland daha əvvəl Maynkraft oynadığını da etiraf etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button