
Yamal derbini buraxacaq
“Barselona”nın hücumçusu Lamin Yamal komandanın məşqini vaxtından əvvəl tərk edib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ayağında narahatlıq hiss edib və tibbi müayinədən sonra onda əzələ dartılması aşkarlanıb.
Bu səbəbdən, Yamal qarşıdakı Kataloniya derbisində “Espanyol”a qarşı oyunu buraxacaq.
Qarşılaşma bu gün “Kamp Nou”da keçiriləcək. “Barselona” hazırda La Liqada turnir cədvəlinə başçılıq edir, “Espanyol” isə 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



