
Renat oynadı, komandası uduzdu
Polşa Ekstraklasasında 21-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” öz meydanında “Lexiya”nı qəbul edib.
Görüş “Motor”un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Renat 85-ci dəqiqədə meydana buraxılsa da, komandasını xilas edə bilməyib.
Qeyd edək ki, Dadaşovun komandası 21 turdan sonra 24 xalla 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



