“Şamaxı” – “Qarabağ” matçının başlama saatı dəyişdirildi

Güclü qar səbəbindən Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.

Bu barədə Komanda.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button