Roberto Bordin: “Psixoloji vəziyyət yaxşı deyil”

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində öz meydanında “Keşlə”ylə 0:0 hesablı bərabərliyə razılaşan “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:

  • İlk hissədə qırmızı vərəqə alana qədər yaxşı oyun göstərirdik. Qırmızı vərəqdən əvvəl qorxu vardı, tam gücümüzlə irəli atıla bilmirdik. Qəribədir ki, 10 nəfərlə daha yaxşı oyun göstərdik. Buna baxmayaraq, ikinci hissədə yaxşı müdafiə olunduq, rəqib bütünlüklə hücuma atılmışdı. Onlar standart vəziyyətlərdən çox istifadə edirdi. Oyunun sonunda qələbə də qazana bilərdik, bir neçə epizodumuz oldu. Təəssüf ki, psixoloji vəziyyət yaxşı deyil. Neqativ bir hal olmalıdır ki, komandam ayılsın.
  • Keçən oyunda istefaya səsləyən azarkeşlərin öyrədilmiş olduğunu demişdiz. Bu gün də belə şüarlar oldu. Yenə eyni fikirdəsiz, ya bunlarda özünüzü günahkar bilirsiz?
  • Komandanın qazandığı hər bir nəticədə məsuliyyəti mən daşıyıram. İstefaya səsləmək normal haldır, amma təhqirdən istifadə etməyi normal, ciddi qəbul etmirəm.
  • Hücum çox olsa da, qol vurulmur. Buna səbəb nə idi?
  • Azlıqda qalmamışdan əvvəl hesabı açmalıydıq. Bu, bizim ilk səhvimiz idi. 10 nəfərlə müdafiə olunanda daha çox enerji itirirsən. Azlıqda qalmağımıza baxmayraq, daha çox epizod yaratdıq.
  • Bəzi futbolçular sanki öz imkanlarından daha aşağı səviyyədə çıxış edirlər. Bununla bağlı hansısa planınız varmı?
  • Düşünmürəm ki, hansısa fubolçu öz səviyyəsindən daha aşağı çıxış edir. Komanda şəklində üzərimizdə təzyiq var. Dediyim kimi, hansısa neqativ hal olmalıdır ki, özümüzə gələk. Bundan başqa, “Keşlə” də bu gün çox yaxşı çıxış etdi.
  • Komandada psixoloji gərginliyin olduğunu dediz. Bu gərginlik sırf komandanın nəticələrinə görədir, ya başqa səbəb var?
  • Təbii ki, son dövrdəki nəticələrimizə görədir. Başqa bir səbəb yoxdur. Turnir cədvəlindəki yerimiz də bizi narahat edir.
  • Oyun bitən kimi hakimə yaxınlaşdız. Buna səbəb nə idi? Oyunun tez bitirməyinə etiraz edirdiz?
  • Bəli, oyunu tez bitirməyinin səbəbini soruşdum. Sadəcə, fikrini öyrənməyə çalışdım
  • Stiven Monrozun fiziki hazırlığı yerindədirmi? Yerindədirsə, niyə bu qədər ləngdir?
  • Monroz bu gün çox yaxşı oyun göstərdi. Hətta qırmızı vərəqədən sonra daha çox çalışdı.
  • 5 oyuna 5 xal. “Neftçi” kimi komandanın baş məşqçisi olaraq çıxış yolunu nədə görürsüz?
  • Problemi sadəcə psixoloji gərginlikdə görürəm. Başqa bir problemin olduğunu düşünmürəm. Bu gərginlik bizə mane olur.
  • Baş hakimin sizi sarı vərəqə ilə cəzalandırmasına münasibətiniz necədir?
  • Bunu şərh edə bilmərəm.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button