“Araz-Naxçıvan”da italiyalı məşqçi

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun köməkçilərindən biri italiyalıdır.

Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Ukraynalı mütəxəssisin fiziki hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq.

UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və başqa klublarda işləyib.

Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button