PSJ səfərdə xal itirdi

Fransa Liqa 1-də 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.

Səfərdə “Loryan”la qarşılaşan PSJ bu dəfə xal itkisi ilə üzləşib. “Olimpik” (Marsel) – “Anje”, “Paris” – “Olimpik” (Lion) və “Tuluza” – “Renn” matçlarında da qalib müəyyənləşməyib. “Nant”ın qonağı olan “Monako” isə qələbə qazajb

Hazırda 21 xalı olan PSJ vahid liderdir. “Monako” 20, Marsel “Olimpik”i, “Strasburq”, Lion “Olimpik”i və “Lans” 19 xal toplayıblar.

Fransa Liqa 1
10-cu tur

29 oktyabr

Havr – Brest 1:0
Qol
: Sanqante, 73.

Olimpik (Marsel) – Anje 2:2
Qollar
: Vaz, 52; 70 – Şerif, 25. Kamara, 90+6.

Nant – Monako 3:5
Qollar
: Girassi, 19; 45+6. M.Məhəməd, 80 – Kulibali, 6. Baloqun, 41. Akliuş, 55. Qolovin, 75; 90+4.

Paris – Olimpik (Lion) 3:3
Qollar
: Kamara, 65. Kebbal, 77. Marketti, 84 – Tolisso, 5. Şults, 51; 58.

Strasburq – Oser 3:0
Qollar
: Panikelli, 46. Nanasi, 55. Barko, 60.

Tuluza – Renn 2:2
Qollar
: Kressuel, 58 Donnum, 85-pen – Lepaul, 50; Tamari, 54.

Loryan – PSJ 1:1
Qollar
: İ.Silva, 51 – N.Mendes, 49.

Mets – Lans 2:0
Qollar
: Heyn, 87; 90+1.

Nitsa – Lill 2:0
Qollar
: Diop, 29-pen. Yansson, 87.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button